Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin yekun konserti olub.
Tanınmış xanəndələr tərəfindən “Heyratı”, ”Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”, “Ovşarı”, “Arazbarı”, “Şirvan şikəstəsi” və “Kəsmə şikəstə” ritmik muğamları ifa edilib. Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, layihənin birinci mövsümü mayın 16-dan iyunun 30-dək davam etmişdi. Oktyabr ayından başlanan ikinci mərhələdə “Mahur-Hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları səsləndirilib.