Dövlət başçısı Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının daha iki sərəncamı ilə UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Azərbaycan və Yunanıstan xalqları arasında, Robert İlatov isə Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.