Vatikan muzeyində təmizlənmə və bərpa işləri aparılarkən otaqların birindən məşhur italyan rəssamı Rafael Santinin (1483-1520) iki əsəri aşkarlanıb. Mütəxəssislər hesab edir ki, əsərlər rəssamın ölümündən bir il əvvəl, 1519-cu ildə çəkilib və daha sonra digər rəssamlar tərəfindən tamamlansa da, unudulub. 
   Bərpa işləri üzrə menecer Fabio Piaçenti CNN kanalına müsahibəsində tapıntı ilə əlaqədar fikirlərini bölüşərkən bildirib ki, çox güman bu rəsmlər rəssamın son işləridir. Bu rəsmləri seyr edərkən sənətkarın bu gün də ruhən yanımızda olduğunu hiss etmək mümkündür. 
   
   Lalə