Yanvarın 24-26-da və 28-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operası nümayiş etdiriləcək. Teatrın saytında yer alan xəbərə görə, yanvarın 25-də və 28-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Əməkdar artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını Əməkdar artist Yusif Eyvazov (tenor) ifa edəcək.