Bakı Dövlət Sirkində “Ağ pələnglər attraksionu” şousunun ardından yeni proqram təqdim olunub. “Ekstremal qış” adlı proqramın heyəti Rusiyanın və Ukraynanın sirk ustalarından ibarətdir. Dəmir şar içərisində göstərilən moto-şou proqramın ən unikal nömrəsidir. Şouda əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim edilib, xüsusi işıq effektlərindən istifadə olunub. Yeni il günlərinə düşdüyü üçün proqramda bayramın rəmzi olan Şaxta baba və Qar qız da iştirak edib.
Tamaşaçılar proqramı yanvarın ortalarınadək izləyə biləcəklər.