2018-ci il martın 27-dən aprelin 3-dək Moskvada IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Mstislav Rostropoviç Fondunun “facebook” səhifəsində yayılan məlumata görə, festivalın konsertləri Moskva Konservatoriyasının böyük zalında və Dövlət Kreml Sarayında olacaq. Mstislav Rostropoviç Fondu və Moskva Şəhər Mədəniyyət Departamentinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.