Ukraynanın birinci milli kanalında (“UA: Perşiy”) Azərbaycan mətbəxindən bəhs edilib.
   Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev telekanalın səhər verilişində canlı yayımda ölkəmizin milli yeməkləri olan dolma, plov, qutab, paxlava barədə məlumat verib. Səfir qeyd edib ki, dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun siyahısına daxil edilib. Ölkəmizdə dolmanın onlarla növü mövcuddur.
   Diplomat Azərbaycanın milli bayramı olan Novruz haqqında da danışaraq, ölkəmizin çox zəngin milli mətbəxi olduğunu qeyd edib.