Ötən il Azərbaycana 2,7 milyona yaxın xarici vətəndaş səfər edib
   
   2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 
   449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər təşkil edib. Bu, indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. 
   Ötən il Azərbaycana gələn əcnəbilərin 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib: 313 515 nəfər.
   2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3.8 faiz təşkil edib. 
   2017-ci ildə Azərbaycana gələn əcnəbi sayına görə əsas artım tempi göstərən ölkələr İran, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Səudiyyə Ərəbistanı olub.
   2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib. Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.
   Əlamətdar haldır ki, Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında artım baş verib.
   Daha ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq olar: