Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Rəngli arzular” rəsm sərgi layihəsinə yekun vurulub. Gənclər Fondundan verilən məlumata görə, yekun tədbirdə layihənin rəhbəri Təhminə Musazadə və başqaları sərginin əhəmiyyətindən danışaraq layihəyə göstərdiyi dəstəyə görə fonda təşəkkür ediblər.
Sonra layihə iştirakçılarına diplom və sertifikatlar təqdim edilib.