Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” aviaşirkəti Şarja hava limanından Qəbələyə müntəzəm uçuşların tarixini açıqlayıb. Uçuşlara 27 iyun tarixindən start veriləcək.
Şirkətin baş icraçı direktoru Adil əl-Əli bildirib ki, reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Onun sözlərinə görə, uçuşlar qarşılıqlı şəkildə - həm Körfəz ölkələri, həm də Azərbaycandan səyahət edən sərnişinlərin sayını artıracaq və Qafqaz regionu ilə əlaqələri gücləndirəcək.