2017-ci ildə Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı açıqlanıb. Ötən il bölgəyə 380 mindən çox turist gəlib.
Bu barədə muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyində 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında bildirilib. Qeyd olunub ki, hesabat dövründə kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 552, sərgilərin sayı 411 olub. Mədəniyyət müəssisələrinə 301 adda 13 min 224 nüsxə çap məhsulu verilib.