Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın «Molçi i tantsuy» teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.
Müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq süjet tamaşaçılara bu məşhur nağıl-hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.