Martın 9-da Nizami Kino Mərkəzində “Bəxt üzüyü” bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş bədii axşam keçiriləcək. Film “Qara Qayafilm” studiyasında rejissor Ramiz Əzizbəyli tərəfindən çəkilib.
   “Bəxt üzüyü” kinokomediyası Azərbaycanın müstəqilliyi dövründə çəkilmiş ilk filmlərdəndir və tamaşaçılar tərəfindən ən çox baxılan ekran əsərləri sırasındadır.
   Filmin ssenari müəllifi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı Eldar Mansurovdur.
   Rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və digər tanınmış aktyorlar çəkiliblər.
   
  






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar