![](/img/news/700x420/3103.jpg)
“Bəxt üzüyü” kinokomediyası Azərbaycanın müstəqilliyi dövründə çəkilmiş ilk filmlərdəndir və tamaşaçılar tərəfindən ən çox baxılan ekran əsərləri sırasındadır.
Filmin ssenari müəllifi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı Eldar Mansurovdur.
Rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və digər tanınmış aktyorlar çəkiliblər.