Nabranda “Turizm dostları ilə birgə Team Building” adlı tədbir keçirilib.
   Azərbaycan Turizm Assosiasiyasından bildiriblər ki, tədbir çərçivəsində “Turizm və hotelçilik” mövzusunda Azərbaycanın aparıcı turizm şirkətlərinə seminar təşkil edilib.
   Seminarın keçirilməsində məqsəd turizm şirkətləri və mehmanxanalar arasında turizmin inkişafına dair əməkdaşlıqların qurulmasına dəstək olmaq və turizm dostları şəbəkəsi yaratmaqla birgə fəaliyyət planları hazırlanmasına nail olmaqdır.
   Qeyd edək ki, tədbir zamanı 30-a yaxın turizm şirkəti əməkdaşlarının iştirakı ilə müxtəlif komanda quruculuğu istiqamətində oyunlar, əyləncəli proqramlar da təşkil edilib.