ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın və Menecment kafedrasının müəllimi Aqil Vəliyevin məqalələri Rumıniyanın Spiru Haret Universitetinin jurnalının iqtisadi seriyasına daxil edilib.
Beynəlxalq jurnal istinad indeksinə malik olmaqla sahə üzrə tanınmış tədqiqatların yayılmasını təmin edir. F.Ələsgərovanın “İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” adlı məqaləsində bu sahədə beynəlxalq təcrübə və ölkədə nəqliyyat turizminin mövcud vəziyyəti təhlil olunub.
A.Vəliyevin “İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” sərlövhəli məqaləsində isə “iqtisadiyyat” və “mədəniyyət” anlayışları arasında ziddiyyətlər araşdırılaraq mədəniyyətin iqtisadi inkişafa necə təsir etdiyi müəyyənləşdirilib.