­İn­san do­ğu­lan­da ya­ğış ki­mi tər­tə­miz olur, bəs ni­yə axı­ra ki­mi bu saf­lı­ğı­nı qo­ru­ya bil­mir?
   
   Bu gün­lər­də Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qın­da “Ölüm növ­bə­si” fil­mi­nin nü­ma­yi­şi ol­du. Çox­dan bu ye­ni ek­ran əsə­ri­nə bax­maq is­tə­yir­dim. Get­dim. Qa­ran­lıq zal­da otu­ran hər kəs ma­raq­la fil­min baş­la­ma­sı­nı göz­lə­yir­di. Bö­yük ya­ğış se­li ilə baş­la­yan ilk kadr­lar ar­tıq in­sa­nın dü­şün­cə­sin­də öz ab-ha­va­sı­nı ya­ra­dır. İlk 5-10 də­qi­qə­də sse­na­ri ta­ma­şa­çı­nı in­ti­zar­da qoy­sa da, bir az­dan tam açı­lır.
   
   Sse­na­ris­tin nə de­mək is­tə­di­yi ar­tıq mə­lum­dur. Əx­laq və mə­nə­viy­ya­tı əks et­dir­sə də, bu film­də fərq­li­lik gö­rü­rəm. Hə­ya­ta ba­xış, bu gü­nü­mü­zə ya­naş­ma fərq­li­dir. Son dövr­lər­də çə­ki­lən film­lə­rin sı­ra­sın­da, mən­cə, özü­nə­məx­sus ye­ri var. Bə­zi mət­buat sə­hi­fə­lə­rin­də sse­na­ri­nin dün­ya film­lə­ri ilə ox­şar­lı­ğı ba­rə­də ya­zı­la­ra rast gəl­dim. Am­ma bu­ra­da ox­şar­lıq tək­cə “le­tar­gi­ya yu­xu­su” möv­zu­su ola bi­lər. Öz tor­pa­ğı­nın qəd­rini bi­lib qo­ru­maq hər bir və­tən­da­şı­mı­zın bor­cu­dur. Tor­paq için­də tor­paq sat­maq... O qə­dər dü­şün­dü­rür ki in­sa­nı...Sse­na­ri müəl­lif­lə­ri Fik­rət Əli­yev və İl­qar Fəh­mi bu mə­qam­la­rı çox tə­sir­li ve­rib­lər. Qə­bi­ris­tan­lıq­da ölüm növ­bə­si­nə dü­zü­lən­lə­rin səh­nə­sin­də fil­min baş qəh­rə­ma­nı Şa­mil ilə Ban­kə Məs­mə­nin oğ­lu­nun dia­lo­qun­da bu özü­nü bir da­ha sü­but edir. Uşa­ğın söy­lə­di­yi: “Sən hə­lə yat­mı­san, yat­mı­san, yat­mı­san. Ha­mı­nız elə bi­lir­si­niz ki, hər şe­yi bi­lir­si­niz, əs­lin­də si­zin heç dün­ya­dan da xə­bə­ri­niz yox­dur” söy­lə­di­yi an­da müəl­li­fin (İl­qar Fəh­mi)
   
   “Yat­mış hə­qi­qət­də o kəs ki hə­lə sağ­dır
   Göz­lə­ri­ni dün­ya­yə yu­man gün­dən oyaq­dır”,
   
   - fik­ri­ni xa­tır­la­dım. Müəl­lif­lər in­san öv­la­dı­nı bu dün­ya­da nə üçün, nə­yə gö­rə ya­şa­dı­ğı­nı an­la­ma­sı­nı is­tə­yir. Dra­ma­tik əh­va­lat­lar­la do­lu olan film­də cə­miy­yət­də mad­di cə­hət­dən çə­tin­lik çə­kən bir in­sa­nın müəy­yən im­kan­lar əl­də et­dik­dən son­ra mən­fi tə­rə­fə də­yi­şən əx­la­qı, mə­nə­viy­ya­tı bizi dü­şün­dür­mə­mə­li­dir­mi?
   Ey­ni za­man­da bir mə­ka­nın əha­li­si­nin məi­şə­ti, ya­şam tər­zi, mə­nə­viy­ya­tı nü­ma­yiş olu­nur bur­da. Ən baş­lı­ca­sı film­də mil­li də­yər­lə­rin qa­ba­rıq şə­kil­də bü­ru­zə ve­ril­mə­si­dir. Burada cə­rə­yan edən ha­di­sə­lər təs­vir­dən çox söz­lə ifa­də olu­nur. Elə bu söz də fil­min san­ba­lı­nı qal­dı­rır. “Sən ye­nə “Ha­lal” mar­ke­tin­də in­san­la­ra gey­dir­mə araq sa­tır­san?”. Ya­xud “Bu mə­həl­lə­də bir ha­va ça­lı­nır, hə­rə də öz is­tə­di­yi­ni oy­na­yır”, “in­san ana­dan olan gün­dən ölüm növ­bə­si­nə dü­zü­lür” kəl­mə­lə­ri gü­nü­mü­zün ak­tual prob­lem­lə­ri­ni sö­zün qüd­rə­ti ilə ta­ma­şa­çı­ya çat­dı­rır. Bir də mə­həb­bət var bu film­də. O mə­həb­bət ki, əsr­lər­lə in­san­la­rı mü­ba­ri­zə­yə sövq edib, qəlb­lə­ri pa­ram par­ça par­ça­la­yıb, am­ma heç za­man məğ­lub ol­ma­yıb.
   “Ö­lüm növ­bə­si” fil­mi haq­qın­da ta­nın­mış ki­no­şü­nas, Əmək­dar in­cə­sə­nət xa­di­mi Ay­dın Da­da­şo­vun fi­kir­lə­ri də ma­raq­lı ol­du. Həm­söh­bə­tim bun­la­rı söy­lə­di: “Ki­no re­jis­sor­lu­ğun­da Fik­rət Əli­ye­vin öz ye­ri var. Bu ba­xım­dan bir çox­la­rı­nın ona bö­yük hör­mə­ti var və mən də bu sı­ra­da­nam. Çün­ki o, hə­mi­şə hə­qi­qə­ti de­yən­dir və bu­na haq­qı olan in­san­lar­dan­dır. Bu film­də də hə­qi­qə­tin gö­zü­nə dik ba­xıb. Fik­rə­tin di­gər özəl­li­yi bun­da­dır ki, mə­sə­lən, re­jis­sor­lar sə­nə­tə əv­vəl re­jis­sor kö­mək­çi­si, as­sis­tent və s. ki­mi gə­lir­lər, son­ra baş­la­yır­lar film çək­mə­yə. Am­ma onun bi­rin­ci ek­ran işi - “Ba­la­da­da­şın ilk mə­həb­bə­ti” Azər­bay­can ki­no­sun­da ha­di­sə ol­du. Fik­rət Ab­şe­ron poe­ti­ka­sı­nı ki­no­ya gə­ti­rə bil­miş­di. Onun film­lə­ri­ni in­san hiss edə bi­lir. “Ölüm növ­bə­si”n­də də be­lə­dir. Çək­di­yi film­lər­də re­jis­so­run da­xi­li azad­lı­ğı hiss olu­nur. Fər­di üs­lub­da iş­lə­sə də, qo­yu­lan prob­le­mə özü­nün dər­di­ni qa­ta bi­lir. Pe­şə­kar üs­lu­bu da yük­sək sə­viy­yə­də nü­ma­yiş et­di­rə bi­lir­lər. Film­də akt­yor­lar­la iş­lə­mək qa­bi­liy­yə­ti də çox də­qiq­dir.
   Fil­min iki sse­na­ri müəl­li­fi var. Fik­rət Əli­yev­lə bir­lik­də ça­lı­şan İl­qar Fəh­mi mü­kəm­məl qə­lə­mi olan ya­zı­çı­dır. Ha­di­sə­lə­ri içə­ri­dən gö­rə bi­lir. Və mə­sə­lə bu­ra­sın­da­dır ki, sse­na­ri müəl­lif­lə­ri­nin hər iki­si ey­ni mü­hi­tin adam­la­rı­dır. İl­qar Fəh­mi bu film­də döv­lət­çi­li­yi­mi­zə ən­gəl olan, ma­ne­çi­lik tö­rə­dən amil­lə­ri gös­tə­rir. O amil­lər sı­ra­sın­da, şüb­hə­siz ki, bi­rin­ci yer­də və­zi­fə­si­nə biz­nes ki­mi ba­xan mə­mur­lar, xu­ra­fat du­rur. Film­də əsas prob­lem­lər­dən bi­ri də qaç­qın­lar­la şə­hər­li­lə­rin mü­na­si­bət­lə­ri­dir. Bu­ra­da elə ob­raz se­çi­lib ki, bu in­sa­na düş­dü­yü və­ziy­yət sərf edir. Yə­ni bu in­san öz və­ziy­yə­tin­dən sui-is­ti­fa­də edə­rək di­gər­lə­ri­nə prob­lem­lər ya­ra­dır. Əgər doğ­ru­dan da so­sial si­fa­riş­də be­lə bir prob­lem var­sa, bu bi­zim özü­müz üçün bö­yük bir bə­la­dır. Film­də bir fa­bu­la - əsas dra­ma­tur­ji ha­di­sə, bir də var sü­jet - sə­bəb nə­ti­cə əla­qə­lən­di­ril­mə­si olur. Bu­ra­da bə­zən sü­jet fa­bu­la­nı “ye­yir”. Am­ma ma­raq­lı film­dir və bu fil­mi ər­sə­yə gə­ti­rən­lə­ri təb­rik edi­rəm”.
   Son­da qeyd edək ki, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin si­fa­ri­şi ilə “Sı­naq film” pro­dü­ser mər­kə­zin­də len­tə alı­nan “Ölüm növ­bə­si” fil­mi­nin qu­ru­luş­çu re­jis­so­ru Fik­rət Əli­yev, sse­na­ri müəl­lif­lə­ri Fik­rət Əli­yev və İl­qar Fəh­mi, qu­ru­luş­çu ope­ra­to­ru Ra­fiq Qu­li­yev­dir. Film­də əsas rol­la­rı Şa­mil Sü­ley­ma­nov, Ca­han­gir Nov­ru­zov, Ab­bas Qəh­rə­ma­nov və baş­qa­la­rı oy­na­yır. İna­nı­rıq ki, film ge­niş ta­ma­şa­çı küt­lə­si tə­rə­fin­dən də bö­yük ma­raq­la qə­bul edi­lə­cək.
   
   La­lə Azə­ri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar