Şəhər yüksək vəzifəli qonaqları yerləşdirmə tələblərinə cavab verir
2019-cu ildə “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti Yaponiyanın Osaka şəhərində keçiriləcək. Bu barədə müvafiq qərar Yaponiya hökuməti tərəfindən verilib.
Şəhər yüksək vəzifəli qonaqları yerləşdirmək üçün müvafiq infrastruktur və hotellərin sayının təhlilindən sonra tədbirə ev sahibliyi etmək üçün seçilib.
Eyni zamanda ölkənin cənub-qərbində yerləşən Fukuoka şəhəri G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərlərinin görüşü üçün meydança qismində nəzərdən keçirilir.
Yaponiya G20 dövlətlərinin başçılarının sammitinə ilk dəfə ev sahibliyi edəcək.