Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dördüncü nömrəsi çapdan çıxıb.
ATMU-dan bildirilib ki, jurnaldakı məqalələrdə turizmin inkişafı baxımından beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanda ənənəvi sənətkarların əl işlərinin satınalma prosesində marketinq fəaliyyətinin ilkin şərtləri, eləcə də etnoqrafik turizmdə multikultural inkişaf faktoru kimi məsələlər araşdırılıb və nəticələr ətraflı təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış olmaq mümkündür.