Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017/2018-ci tədris ilində xarici ali təhsil ocaqlarında bir semestr təhsil alıb qayıdan tələbələrlə görüş keçirilib.
   Rektor İlham Mədətov hazırkı tədris ilində də ATMU-nun bir neçə tələbəsinin beynəlxalq layihələr və əməkdaşlıq proqramı çərçivəsində xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alacaqlarını diqqətə çatdırıb. Məlumat verilib ki, ötən tədris ilində beynəlxalq layihələr və əməkdaşlıq proqramı üzrə universitetin yeddi tələbəsi xaricdə bir semestr təhsil alıb. Onlardan 2-si “Mövlanə mübadilə proqramı” çərçivəsində Türkiyənin Sakarya Universitetində, bir nəfər “Erasmus+” proqramı çərçivəsində Əskişəhər Anadolu Universitetində, 2-si Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində, daha iki tələbə isə “Azərbaycan-Avstriya” təhsil proqramı üzrə Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində təhsil müddətini uğurla başa vurub.
   
   Fariz