Fevralın 28-də Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. “Belekspo” mərkəzində 25-ci dəfə keçirilən beynəlxalq sərgi-yarmarkaya 32 ölkə qatılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Belarusdakı səfirliyi və "Azərnəşr"in iştirakı ilə ölkəmiz də sərgidə təmsil olunur. 
   Martın 4-dək davam edəcək tədbirdə ölkəmizin mədəniyyətinə, tarixinə, Qarabağ həqiqətlərinə dair nəşrlər, turizm potensialı haqqında təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunacaq.