Mədəniyyət və turizm nazirinin 6 sentyabr 2017-ci il tarixli əmrinə əsasən, Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub.
Əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi “Turizm marşrutlarının yaradılmasına dair tövsiyələr” hazırlayıb və regional turizm informasiya mərkəzlərinə göndərib.
Sənəddə marşrutların seçilməsi və hazırlanmasına dair bir sıra tələblər irəli sürülüb. Turizm informasiya mərkəzlərinə turizm marşrutunu tərtib edərkən onun tipi, başlanğıc və sonu, uzunluğu, inzibati ərazi mərkəzindən uzaqlığı, marşrut üzrə hərəkət növləri və üsulların müəyyən edilməsi, nümayiş üçün nəzərdə tutulan turizm obyektləri haqqında məlumatların toplanması ilə bağlı metodiki tövsiyələr verilib.