Özbəkistanda İsrail vətəndaşları üçün vizasız rejim qüvvəyə mindikdən sonra İsraildən ölkəyə təyyarə reysləri üçün iyun ayına qədər olan bütün biletlər iki günə satılıb.
Fevralın 10-da qəbul olunan qərara əsasən, İsrail, İndoneziya, Koreya, Malayziya, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları Özbəkistana 30 gün müddətinə vizasız səfər edə bilərlər.
Məlumata görə, ötən il Özbəkistana 2,7 milyon nəfərə yaxın turist gəlib və onların arasında İsrail vətəndaşları da çoxdur. İsraildə vaxtilə Özbəkistandan getmiş 100 mindən çox insan yaşayır.