Böyük britaniyalı ifaçı Coss Stoun “Dünya turu” çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək.
Təşkilatçılar bildiriblər ki, “Live in the Land of Fire” adlı konsert proqramı martın 3-də “The Landmark”ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir.
R&B və reqqi janrlarının sintezini edən Coss Stone 12 illik karyerası çərçivəsində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik və yeni yazılmış musiqiləri ifa edəcək. Bakıya səfəri çərçivəsində Coss Stoun, həmçinin yerli xeyriyyə təşkilatları ilə də görüşməyi planlaşdırır.