Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) iqamətgahında qurumun Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyasının növbəti iclası keçirilib.
   İclasın gündəliyindəki məsələlərdən biri komissiyanın sədr müavininin seçilməsi olub. Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova üçüncü dəfə bu vəzifəyə seçilib.
   Azərbaycanlı deputat üç model qanun - “Şəxsi məlumatlar haqqında”, “Sosial turizm haqqında”, “Elektron notariatı sahəsində transsərhəd əməkdaşlığı haqqında” layihələrə dair öz təklif və mülahizələrini irəli sürüb. 
   İclasda, həmçinin “MDB iştirakçısı ölkələrin mədəni irsi haqqında” qanunun konsepsiya layihəsinə dair məsələyə baxılıb.