Cari ilin yanvar ayında Azərbaycana 185 min 913, fevral ayında 166 min 161 nəfər xarici vətəndaş gəlib. Ümumilikdə, iki ay ərzində ölkəmizə gələn 352 min 74 nəfərin 103 min 245-i Rusiya, 87 min 649-u Gürcüstan, 48 min 657-si Türkiyə, 28 min 111-i İran, 13 min 64-ü Birləşmiş Ərəb Əmirlikləri, qalanları digər ölkələrin vətəndaşlarıdır.
2017-ci ilin ilk iki ayında Azərbaycana gələn xarici vətəndaşların sayı isə 313 min 418 nəfər (159 min 262 nəfər yanvar ayında, 154 min 156 nəfər fevralda) olmuşdu.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 12,3 faiz çox xarici vətəndaş gəlib.