“Şair və Vətən” adlı şeir gecəsi keçiriləcək
   
   Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi keçiriləcək.
   Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq gecə Azərbaycan Xalq Cümhuriyyətinin və istiqlalımızın şəhid yolçularının - Qafqaz İslam Ordusunun 100 illiyi münasibətilə gerçəkləşəcək.
   Tədbirdə Azərbaycan və Türkiyə poeziyasının tarixi inkişaf mərhələləri haqqında məlumat veriləcək, Vətən və millət eşqi, qəhrəmanlıq və igidlik mövzularında şeirlər səsləndiriləcək. Proqramın sonunda Bakı Bələdiyyə Teatrının aktyorları tərəfindən kiçik səhnəcik təqdim olunacaq.