“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyası rəsm müsabiqəsi elan edib.
   “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.
   Müsabiqənin kuratoru Natalya Yarkovayadır. Fərqli üslubda və texnikada işlənən sənət əsərləri - rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələrinə üstünlük veriləcək. İştirak etmək istəyənlər əsərlərini aprelin 20-dək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.