Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri - görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.
   Mərkəzdən bildirilib ki, “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi kimi tanınan Nikolay Xomiçin əsərlərinin əsas mövzusunu itirilmiş tarixi yaddaşın bərpası təşkil edir.
   “Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti dövründə yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.
   Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib. Kitabın redaktoru Bəhlul Abbasovdur.