Martın 10-da TÜRKSOY tərəfindən İstanbulda 2018-ci il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Kastamonunun təqdimat mərasimi keçirilib. Mərasimə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Kastamonu valisi Yaşar Qaradəniz, Kastamonu bələdiyyə başqanı Tahsin Babaş, millət vəkilləri, digər qonaqlar qatılıb. 
   TÜRKSOY-un baş katibi çıxış edərək Kastamonu şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” ünvanına layiq olduğunu vurğulayıb. O, martın 21-də şəhərdə Türk dünyasının ortaq bayramı olan Novruzu və “paytaxt ili”nin rəsmi açılışını bir arada qeyd edəcəklərini bildirib. Diqqətə çatdırılıb ki, bu münasibətlə Türk dünyasının müxtəlif ölkə və diyarlarından 200-dən çox sənətçi Kastamonuya dəvət edilib. 
   D.Kaseinov həmçinin TÜRKSOY-un məqsədləri və fəaliyyəti haqqında da məlumat verərək, 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” kimi Kastamonunun bu fəaliyyəti daha da zənginləşdirəcəyini deyib. 
   
   Mehparə Sultanova
   Ankara