Noyabrın 28-dən dekabrın 2-dək Moskva Dövlət Filarmoniyasının P.Çaykovski adına konsert zalında “Başqa məkan” VI Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.
   Moskva filarmoniyasının saytında yer alan xəbərə görə, festival çərçivəsində noyabrın 29-da görkəmli azərbaycanlı bəstəkar, professor Fərəc Qarayevin “Orkestr və solo skripka üçün konsert”i səsləndiriləcək. Əsəri Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri təqdim edəcək. Orkestrin dirijoru Vladimir Yurovski olacaq. Solist Patrisiya Kopaçinskayadır.