Martın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.
   Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, filarmoniyanın və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşacaq. Gecədə bəstəkarın əsərlərini Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək. Konsertin solisti tanınmış vokalçı (messo-soprano) Ayan Qurbanovadır.