Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərib.
   Aeroportun mətbuat xidmətindən verilən xəbərə görə, bu göstərici ötən ilin analoji göstəricisindən 16% çoxdur.
   Cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 222 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 63 min sərnişin düşüb.