TurStat analitik agentliyi 2017-ci ildə Rusiyaya turizm səfərlərinin sayına görə ölkələrin reytinqini tərtib edib.
Agentliyin məlumatında bildirilir ki, 2017-ci il ərzində Rusiyaya əcnəbi turistlərin səfərlərinin ümumi sayı 24 milyon, Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 876 min olub. Keçən il Rusiyaya turist səfərlərinin sayına görə Azərbaycan beşinci yeri tutur.
2017-ci ildə Rusiyaya turist səfərlərinin sayına görə ölkələrin ilk onluğuna Qazaxıstan (3,5 milyon), Çin (1,5 milyon), Finlandiya (1 milyon), Polşa (714 min) və digər ölkələr daxildir. Şimal qonşumuza turist səfərlərinin sayında artıma görə Çin və Cənubi Koreya lider olub. Çinlilərin Rusiyaya səfərlərinin sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 15 faiz artaraq 1,5 milyona, koreyalı turistlərin səfərlərinin sayı isə 58 faiz artaraq 254 minə bərabər olub.