Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov martın 16-da paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin bir qrup müəllimi ilə görüşüb.
Görüşdə müəllimlər sosial problemlərinin həllinin daima dövlətin diqqət mərkəzində olduğunu, onların pedaqoji fəaliyyətlərinin stimullaşdırılmasını qeyd ediblər və əmək haqlarının artırılmasına görə ölkə başçısına təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlər də dövlətin qayğı və diqqətindən kənarda qalmayıb.
Baş idarənin rəisi bütün müəllimləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.