Azərbaycan Turizm və Menecment Universitetində Biznes idarəçiliyi fakültəsi və Marketinq kafedrasının birgə təşkilatçılığı ilə turizm sahəsində çalışan işçilər və universitet tələbələri üçün “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda ikigünlük təlimlər təşkil olunub.
   Marketinq kafedrasının müdiri Anar Eminov qeyd edib ki, bir ölkənin turizm gəliri həmin ölkəyə turist tələbi ilə düz mütənasibdir. Deməli, başlıca vəzifə turizm potensialının tələbinə uyğun ixtisaslı kadr şəbəkəsinin formalaşdırılmasına nail olub, yüksək keyfiyyətli turizm xidməti halına gətirməkdir. 
   Təlimdə Türkiyədən ekspert qismində dəvət olunan Azmi Arslan “Turizmdə yeni markaların yaradılması” mövzusunda çıxış edib.