Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbiyyat layihəsinin növbəti ədəbi-bədii gecəsi martın 30-da İçərişəhərdəki “Art Tower” qalereyasında keçiriləcək. Gənc, istedadlı ədiblərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.
   Tədbirdə gənc şairlər Mehman Rəsulov və Firdovsi Rəsul şeirlərini oxuyacaq, Elçin Mövsümovun ifasında mahnılar səsləndiriləcək.