Martın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.
   Konsertdə bəstəkarın seçilmiş əsərləri tanınmış ifaçılar - Natəvan Quliyeva (orqan) və Töhfə Babayeva (violin) tərəfindən səsləndiriləcək.