Martın 30-da Azərbaycan İstiqlal Muzeyində “Əsrin sınağı” adlı tədbir-sərgi keçiriləcək. Sərgi Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına əsasən təşkil edilib.
Sərgidə muzeyin fondlarında saxlanılan və muzeyə yeni daxil olmuş Azərbaycan xalqının başına gətirilmiş dəhşətləri özündə əks etdirən əsərlər - Sabir Çopurovun, Nazim Məmmədovun, Cavid Bayramlının, Sara Manafovanın, Əşrəf Heybətovun, Rahib Qarayevin rəsm və heykəltəraşlıq nümunələri nümayiş olunacaq.