Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə martın 28-də adıçəkilən muzeydə Osmanlı imperiyasının yaranmasından dağılmasına kimi miniatür ustaları tərəfindən çəkilmiş miniatürlərdən ibarət “Tarixi prosesdə Osmanlı miniatürləri” adlı rəsm sərgisinin açılışı keçiriləcək.
   Bildirək ki, yarandığı çağdan dünyada ən böyük mədəniyyətlərdən sayılan Osmanlı dövləti mədəniyyəti təkcə tarix və ədəbiyyata deyil, eləcə də yetişdirdiyi miniatür ustalarıyla bəşəriyyətə böyük töhfələr verib. XV yüzildən başlayan Osmanlı miniatür sənəti adıçəkilən imperiyanın dağılmasından sonra da bəzi miniatürçü rəssamlar tərəfindən öz mövcudluğunu qoruyub saxlayıb. 
   Sərgi martın 30-dək davam edəcək. 
   
   S.Qaliboğlu