Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, aprelin 16-18-də paytaxt Pekin şəhərində XIV Çin Xarici Səyahət və Turizm Sərgisi (China Outbound Travel & Tourism Market - COTTM) və B2B toplantısı təşkil olunacaq. Bu, Çində xarici turizmin inkişafı üçün nəzərdə tutulan illik sərgidir.
Həmçinin mayın 24-27-də "SWTF 2018 - Shanghai World Travel Fair" və iyunun 14-17-də "ITE Hong Kong 2018 - The 32nd International Travel Expo Hong Kong" sərgiləri keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunurlar.