Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Sosial iş: nəticələr və perspektivlər” adlı tədbir keçirilib. Tədbir Azərbaycanın ali təhsil məkanında bakalavr səviyyəsində müvafiq ixtisaslı kadr hazırlığının 10 illiyinə həsr olunub.
   Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva, Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun təmsilçisi Nəzakət Balabəyova, digər qonaqlar, Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin sosial iş ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.