Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə “Guide Service”in tərkibində bələdçi kursları fəaliyyətə başlayacaq.
   AZTA-dan bildiriblər ki, kursun məqsədi yeni bələdçilərin hazırlanması, bələdçilərin peşəkarlıq səviyyəsinin artırılması və turistlərə daha yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır. 
   Tədris materialları Azərbaycan və rus dillərindədir. Üç ay davam edəcək kurslar ödənişlidir. İştirak etmək istəyənlər aprelin 20-dək assosiasiyanın ofisinə müraciət edə bilərlər.
   Qeyd edək ki, AZTA-nın idarə heyətinin qərarı ilə qurumun turizm bələdçiləri ilə iş üzrə komitəsi yaradılıb. Komitənin sədri “Guide Services” şirkətinin rəhbəri Samirə Quliyevadır.