1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmiş ilk “Eurovision” mahnı müsabiqəsinin qalibi - isveçrəli estrada müğənnisi Lis Assia 94 yaşında Sürix şəhərində xəstəxanada vəfat edib.
Lis Assianın “Eurovision” mahnı müsabiqəsində ifa etdiyi “Refrain” mahnısı onun karyerasında ən böyük uğur olub. Bu qələbədən sonra müğənnini yarışmaya tez-tez qonaq kimi dəvət ediblər. O, Bakıda keçirilmiş “Eurovision 2012” mahnı müsabiqəsinə də fəxri qonaq qismində gəlmişdi.