Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə “Rock Hits Show” konserti keçiriləcək.
Saraydan verilən məlumata görə, konsertdə məşhur rus dirijor, musiqiçi və bəstəkar İqor Panomarenkonun rəhbərliyi ilə “İP Orchestra”nın təqdimatında dünyaca məşhur rok hitlər səsləndiriləcək.
Konsertdə “The Beatles”, “Deep Purple”, “The Doors”, “Scorpions”, “Pink Floyd”, Michael Jackson, “The Rolling Stones”, “Nirvana”, AC/DC, “Radiohead”, “The Eagles”, Bon Jovi, “Metallica”, “Black Sabbath”, “Depeche Mode”, “Europe”, “Muse”, “Uriah”, “Led Zeppelin”, “Queen” kimi əfsanəvi qrupların və ifaçıların mahnıları, həmçinin “Victor Tsoy”, DDT, “Leninqrad” kimi məşhur rus rok qruplarının mahnıları da tamaşaçılara təqdim olunacaq.