Moskvadakı Rəssamlar Evində müasir incəsənətin ən müasir qolu olan “Visionary Art” sərgisi açılıb. Beynəlxalq sərgidə Azərbaycanı Əməkdar rəssam Mehriban Əfəndi “Gecənin mistikası“ əsəri ilə təmsil edir.
Dünyanın bir çox ölkələrinin məşhur sürrealist və vizioner rəssamlarını, mistik realizm üslubunda yaradan sənətkarları bir araya gətirən sərgi aprelin 1-dək davam edəcək.