“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, “Art Tover” qalereyasının təşkilatçılığı ilə elan olunan rəsm müsabiqəsi davam edir. “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.
   Gənc və həvəskar rəssamlar üçün nəzərdə tutulan müsabiqənin kuratoru Natalya Yarkovayadır. İştirak etmək istəyənlər əsərlərini aprelin 20-dək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.