1-5 aprel tarixində Tbilisidə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Yevgeni Mikaladze adına orkestr alətləri üzrə gənc musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsi keçirilir. Müsabiqənin təşkilatçısı “Harmoniya” gürcü folkloru və klassik musiqinin inkişafı Birliyinin sədri Sisino Biçikaşvilidir. Münsiflər heyətinə Gürcüstanın və Azərbaycanın tanınmış mütəxəssisləri Diana Caiana (violin), Serqo Tkabladze (nəfəs), Anna Lomtadze (nəfəs), Hökümə Əliyeva (violin), Əziz Qarayusifli (nəfəs) və Lana Quldeva (fortepiano) daxildir.
Müsabiqədə Azərbaycandan Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, L. və M. Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi məktəbi və 24 saylı 11 illik Musiqi məktəbinin şagirdləri iştirak edir.
Sevindirici haldır ki, ölkəmizi təmsil edən 12 şagirddən 11-i II tura vəsiqə qazanıb.