Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunan növbəti təlimin əsas məqsədi turizm sahəsində çalışan işçiləri və universitet tələbələrini fikir mübadiləsinə cəlb etməklə, Azərbaycan və Türkiyənin timsalında təcrübi bilik qazanmalarına zəmin yaratmaqdır.
Tədbiri Biznes idarəçiliyi fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Anar Mirzəyev açaraq ölkəmizdə turizm sənayesinin inkişafı üçün münbit şərait yaradıldığını diqqətə çatdırıb. Marketinq kafedrasının baş müəllimi Günel Teymurova Türkiyənin təcrübəsindən və strateji hədəflərindən danışıb.
Skype proqramı vasitəsilə təlimə qoşulan Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut, Turizm peşə liseyinin müdiri Zekeriye Bingöl və başqaları təqdimatlarla çıxış ediblər.