M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı keçirilib. Proqramda dahi bəstəkarın vokal və instrumental əsərləri səsləndirilib.
   Əvvəlcə orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Sonra Natəvan Quliyevanın ifasında konsert proqramı təqdim olunub. Konsertdə əməkdar artistlər Töhfə Babayeva (skripka) və Fəridə Məmmədova (soprano) da çıxış ediblər.